Yayın əsas trendinə çevrilən çantalar - FOTOLAR
Feat.Az xəbər verir ki, Britaniya brendi “J.W. Anderson” halqa detalları olan çantaları buraxması ilə bu modellər dərhal hitə çevrilir. “Chloe Nile” modeli də öz növbəsində halqalı çanta trendinin daha geniş yayılmasına xidmət göstərir. Artıq bir neçə aydır ki, halqalı və üzük qulplu çantaları ucuz brendlərin kolleksiyalarında da görmək olar. Məsələn, “Max Mara”, “Weekend”, “The Row”, “Marella”, “Mango”, “Zara”, “Asos” və s.
Balaca modelləri ulduzların qırmızı xalça obrazlarının tamamlayıcısı kimi qarşımıza çıxır, onlar eyni zamanda instaqram modapərəstlərinin sevimli modeli zirvəsinə yüksəlib. Bu aksessuar istər romantik yay donları, istərsə də yüngül cinslər və şalvarlarla əla qalır.