Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

14 Haziran 2017
2 889
0
Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO
Dəri tonunu solğun, gözləri və saçları mat göstərən sarı rəngi əksər qadınlar qarderobuna daxil etmirdi. Ta ki Rihanna “Met Gala”da geyindiyi paltarla gözləri oxşayana qədər.

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

Təxminən bir ildir “Valentino”, “Alexander McQueen” kimi markalar da kolleksiyalarında sarı rəngə yer verir. Siz də qarderobunuza sarı rəngi daxil etmək istəyirsinizsə, Feat.Az-ın bu məsləhətinə diqqət yetirin.

Sarı rəng üzü solğun göstərdiyi üçün saç rənginə uyğun seçim etmək lazımdır. Qumral və əsmər birisinisə, sarı bluz, ya da pencəyi rahatlıqla geyinə bilərsiniz. Ancaq sarışınsınızsa, üst geyim olaraq sarı rəngi seçməyiniz doğru olmayacaq. Bəlkə ətək, şalvar kimi parçalarda sarıdan istifadə edə bilərsiniz.

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

Sarıya ən çox qara zolaqlı, ya da kvadrat naxışlı parçalar çox yaraşar. Lakin bu da dəbdən düşmüş bir görünüşdür. Ancaq retro stili sevirsinizsə, seçə bilərsiniz.

Son trendlərə görə isə sarıya ən uyğun rənglər boz, pas və fərqliliyi sevənlər üçün qırmızı rənglərdir. Yeni mövsümdə sarı kombinlərində xəz və şalvarlardan istifadə edə bilərsiniz.

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

Sarını çox sevməsəniz də, sırf dəbdir deye geyinmək istəsəniz, Valentino Pre-Fall 2017 kolleksiyasındakı kimi yaxa və astar detalında sarıya üstünlük verin.

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

Dəb məsləhəti: Sarı rəng necə kombinə edilməlidir? – FOTO

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.