Kiçik sinələr üçün ən yaxşı 5 büstqalter - FOTO

22 Aralık 2021
5 927
0
Kiçik sinələr üçün ən yaxşı 5 büstqalter - FOTO
Qadın olmaq, adətən, bir çox problemlə mübarizə deməkdir. Əsasən də, bu problemlərin başında bədən quruluşu və çəki dayanır. Bütün bunlarla yanaşı əlavə bir problemimiz də düzgün büstqalteri seçə bilməməyimizlə bağlıdır. Bunun üçün kiçik araşdırma apardıq. Bu araşdırmamız isə daha çox kiçik sinəli xanımların işinə yarayacaq. Belə ki, bu yazımızda kiçik sinəli xanımlara düzgün ölçülü və formalı büstqalter seçməyə kömək edəcəyik.

Kiçik sinəli xanımlar büstqalter seçərkən əvvəlcə sinələrinin ölçüsünü və formasını düzgün müəyyən etməli, rahatlıqlarını düşünməlidirlər. Bunun üçün də məhz kiçik sinəli xanımların istifadə edəcəyi 5 büstqalter növünü müəyyən etdik və onların hansı funksiyalara malik olduğunu sizinlə bölüşürük.

1. Yüngül yastıqlı büstqalter:
Bəzən kiçik sinələrə dəstək lazım olur. Çünki düzgün büstqalter seçilmədikdə onsuz da kiçik olan sinə ümumiyyətlə “yox” olub gedir. Bunun üçün də yüngül yastıqlı büstqalterlər seçmək doğru olar. Onlar sizin sinənizin formasına bir az forma əlavə edəcək və sizə əminlik hissi verəcək. Belə büstqalterlər qadınsı görüntü yaratmaqla yanaşı sinənin formasına dəstək olur, azca onu həcmli göstərir. Eyni zamanda da özünüzü rahat hiss edə bilərsiniz. Bunun üçün ən ideal büstqalter T-shirt formasında olan büstqalterdir.

Kiçik sinələr üçün ən yaxşı 5 büstqalter - FOTO

2. Çarpaz ipli büstqalter:
Bu iplər, əsasən, çiyinlərin əyilməsinin qarşısını alır. Belə büstqalterlərdən istifadə etdikdə bir neçə aya mükəmməl sinəyə sahib olacaqsınız. Çarpazipli və T-strap büstqalterlər maksimum dəstəkçi olurlar. Onlar sinəni rahat etməklə yanaşı, ona cəlbedici görüntü bəxş edir. Və sinənin forması da paltarın altından olduqca əla görünür.



3. Bralette büstqalterlər:
Moda sahəsində ən məşhur modellərin belə ən çox müraciət etdikləri büstqalterlərdir. Bu büstqalterlər də kiçik sinələr üçün çox mükəmməldir. Onlara böyük dəstək verməklə yanaşı, həmçinin də sinəni çox cəlbedici göstərir. Heç bir narahatlığı yoxdur, sinənin dairəvi formasını vizual gözəl edir. Qadınsı görüntü də əldə edə bilərsiniz. Bralette büstqalterlər geniş dizayna malikdir. Həftə sonlarını evdə keçirdikdə nəsə geyinməyə tənbəllik edirsinizsə bu büstqalterləri t-shirt əvəzi də geyinə bilərsiniz.



4. Bando büstqalterlər:
Digər büstqalterlərdən fərqli olaraq bando büstqalterlər tərzinə görə fərqlidir. Sinənin kənarlara yayılamaması üçün onların slikon ətrafları olur və bütün sinəni bir yerdə toplamaq mümkündür. Bu da, əlavə dəstək verən bir seçimdir. Krujevalı olanlar isə daha cəlbedici görüntüsü ilə qarşı cinsi başdan çıxara bilər. Dekolte geyimlərlər də mükəmməl qalır. Hamarlığı ilə yanaşı çox rahatdır.



5. Simsiz büstqalterlər:
Bralette büstqalterlərə bənzəsə də bunlar daha rahatdılar, hətta yatdığınız zaman çıxarmaya bilərsiniz. Çünki simləri olmadığı üçün sizi narahat etməyəcək. Bu büstqalterlər nazik görünür və sinəni də də vizual olaraq təbii göstərir. Eyni zamanda bu büstqalterlərin hansısa formaya salmaq üçün kəmərləri yoxdur, bu baxımdan da rahatdır. Sadəcə ölçünü düzgün seçmək kifayətdir.


foxy.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.