Şaftalılı Keks - Foto resept

Şaftalılı Keks - Foto resept
Tərkibi (4 pay):

100 q kərə yağı
100 q + 3 x.q. şəkər tozu
100 q un
0,5 ç.q. qabartma tozu
2 yumurta
2 tüksüz şaftalı
2 x.q. su

Tüksüz şaftalıyı nazik dilimlərə doğrayın. Tavaya yığın. 3 x.q. şəkər tozu və 2 x.q. su əlavə edin. Orta itilikli ocağın üzərinə qoyun. Qarışdıraraq karamelləşənədək bişirin (yəni su buxarlanacaq, meyvə şirəsi ilə şəkər tozu qarışaraq qatılaşacaq). Bu siropda nektarinlər parıldamağa başlayacaq, deməli, hazırdır. Ocaqdan götürüb bir qırağa qoyun.

Otaq temperaturundakı kərə yağını şəkər tozu ilə çalın, çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edin.

Formanın 1/3-nə xəmiri tökün. Şaftalının yarısını xəmirin üzərinə düzün, azca basın. Xəmirin qalanını üzərinə tökün. Şaftalının da qalanını düzün.

180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Hazır olub-olmadığını diş və ya kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!


Şaftalılı Keks - Foto resept

Şaftalılı Keks - Foto resept

Şaftalılı Keks - Foto resept

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.