Xəzər TV-nin efirində BİABIRÇILIQ: İşə millət vəkili qarışdı

Xəzər TV-nin efirində BİABIRÇILIQ: İşə millət vəkili qarışdı
Xəzər TV-nin efirində BİABIRÇILIQ: İşə millət vəkili qarışdı

Xəzər Tv-nin efirində aparıcı müğənni bacılar oyun çıxarıblar.
Milli.Az xəbər verir ki, Xəzər Tv-də yayımlanan 'Hər şey daxil' verilişində biabırçı anlar yaşanıb. Belə ki, Sevil, Sevinc bacılarının aparıcılıq etdikləri verilişdə bacılardan biri mahnı oxuyarkən bir manatlıq əskinası cıraraq yerə atıb.
'Borc ver' mahnısı oxuyan bacılar səhnəcik yaratmaq istəsələr də bu, uğurlu alınmayıb. Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.
Bunu “a24.az”a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bacılardan birinin canlı efirdə manatı cırmasına münasibətində deyib. Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var: “Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir”.
Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik haramlığın ifadəsidir: “Bu, Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqilliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur”.
Aparıcının yol verdiyi səhvə görə cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edib ki, bu, cinayətdən çox, insana təsir edən ictimai qınaqdır: “Əgər bu qınaq təkcə sizin saytınızda deyil, eyni zamanda Xəzər TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı”.
Xatırladaq ki, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.Mir.Az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.