Çempionlar Liqasında 2015/16 mövsümünün rəmzi yığması açıqlanıb

31 Mayıs 2016
3 015
0
Çempionlar Liqasında 2015/16 mövsümünün rəmzi yığması açıqlanıb
UEFA Çempionlar Liqasında 2015-16 mövsümünün rəmzi yığması müəyyənləşdirib. Feat.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, təcrübəli mütəxəssislərdən ibarət texniki heyət 18 oyunçunun adını müəyyənləşdirib.

Aleks Ferqyuson, Tomas Şaaf, Savo Miloşeviç, Devid Moyes və Mirça Luçesku kimi təcrübəli mütəxəssislərin də yer aldığı texniki heyət finala qədər irəlilərən “Real” və “Atletiko”nun hərəsinin 6 üzvünü fərqləndirib.

18 nəfərlik heyət:
Qapıçılar: Yan Oblak (“Atletiko”), Manuel Noyer (“Bavariya”)
Müdafiəçilər: Dieqo Qodin, Xuanfran (hər ikisi “Atletiko”), Tiaqo Silva (PSJ), Serxio Ramos, Marselo (hər ikisi “Real”)
Yarımmüdafiəçilər: Qabi, Koke (hər ikisi “Atletiko”), Andres İnyesta (“Barselona”), Toni Kroos, Luka Modriç (hər ikisi “Real”)
Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Luis Suares, Lionel Messi (hər ikisi “Barselona”), Robert Levandovski (“Bavariya”), Kriştianu Ronaldo, Qaret Beyl (hər ikisi “Real”).

Qeyd edək ki, finalda oyunsonrası penaltilər seriyası sayəsində "Atletiko" üzərində qələbə qazanan “Real” tarixində 11-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Çempionlar Liqasında 2015/16 mövsümünün rəmzi yığması açıqlanıb
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.