Rio 2016: Azərbaycan güllə atıcısından olimpiadaya ümumilikdə 48-ci vəsiqə

31 Mayıs 2016
1 580
0
Rio 2016: Azərbaycan güllə atıcısından olimpiadaya ümumilikdə 48-ci vəsiqə

Rio 2016: Azərbaycan güllə atıcısından olimpiadaya ümumilikdə 48-ci vəsiqə
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Feat.Az "Report"a istinadən xəbər yayır ki, bu barədə yığmanın baş məşqçisi İradə Aşumova məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı idmançıya olimpiadada iştirak üçün "vayld kart" təqdim olunub. İ.Aşumova seçimin 3 azərbaycanlı atıcı arasından aparıldığını bildirib. Baş məşqçi deyib ki, daha yüksək reytinqi olduğu üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyası R.Lunyova üstünlük verib.
Azərbaycanlı güllə atıcısı "Rio-2016"da 25 metr məsafəyə kiçik çaplı tapançadan və 10 metr məsafəyə pnevmatik tapançadan 60 atəş açacaq.
Qeyd edək ki, Ruslan Lunyov olimpiadaya vəsiqə qazanan 48-ci idmançıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.