“Protein tozu hər bədənə fərqli təsir edə bilir”

08 Şubat 2017
2 082
0
“Protein tozu hər bədənə fərqli təsir edə bilir”
“Protein tozlarının əsasən üç növü var: İzolyasiya edilmiş protein, süddən hazırlanan “whey” protein, hidroliz edilmiş protein. Bunlar bir-birindən sovrulma və kefiyyət baxımından fərqlənir”.

Bu sözləri fitness məşqçisi Şakir Xanbutov deyib. O, bildirib ki, qadınlar və kişilərin protein tozundan istifadəsində heç bir fərq yoxdur:

“ “Whey”proteində karbohidrat bir az artıq olduğu üçün yarım saata sovrulur. İzolyasiya edilmiş protein 15 dəqiqə, hidroliz edilmiş protein isə, 5 dəqiqədə sovrulur. Hidroliz edilmiş proteinin tərkibində amin turşuları var. Məşqdən sonra zülal qana nə qədər tez keçərsə, o qədər effektli olar. Bu səbəbdən əzələ kütləsi böyük olan insanlar adətən, hidroliz edilmiş proteindən istifadə edirlər. Protein tozları yeməklər arasında və ac qarnına istifadə olunur. Məsələn, səhər yuxudan durarkən, günorta yeməyi və axşam yeməyindən qabaq protein tozu qəbul edilir. Məşq günləri isə məşqdən qabaq və sonra ən yaxşı istifadə qaydasıdır. Protein tozu zülaldır və sağlam insan üçün zərəri yoxdur. Bir çox protein süddən hazırlanır. Südün 100 qramında 3 qram protein var. Eyni zamanda ət tərkibli və soya tərkibli protein tozları var. Əgər insan 100 kiloqramdırsa, gündəlik zülal norması 250-300 qramdır. Əzələ kütləsi böyük olan insanlar bədənini qida ilə təmin etmək üçün səhərdən axşama kimi yeməli və hər dəfə zülalları hesablamalıdır. Məsələn, bir yumurtada 6 qr zülal var, bir toyuğun döş ətində 22-25 qr zülal var. Bunlarla yanaşı, yeməklər arasında protein qəbul edilir ki, bədənin zülal ehtiyacı daha yaxşı təmin olunsun. Nəticə olaraq, mədə artıq yüklənmir”.

Məşqçi həmçinin, protein tozunu seçərkən və istifadə zamanı diqqət edilməli olan məsələləri də qeyd edib.

“Protein tozu hər bədənə fərqli təsir edə bilir. Buna görə də, protein tozu seçərkən diqqətli olmaq lazımdır. Protein insana köp, qarnı ağrısı vermirsə, deməli, o, vücuda düşür. Həmçinin protein tozu qəbul etmədən də əzələ kütləsini artırmaq mümkündür. Bədənin 30 faizi məşqdirsə, 70 faizi qidadır. Protein tozundan istifadə edilmirsə, gün ərzində çoxlu zülal qəbul edilməlidir. Məsələn, yumurta, toyuğun döş əti, balıq,lobya, noxud, kəsmik, holland pendiri və.s. Lakin bu qidaları birdən-birə çox qəbul etmək olmaz. Az-az, lakin tez-tez yeməli və normal yuxu rejimi olmalıdır. Təbii qidalara üstünük verilməlidir”.

kishi.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.