Sevgi haqqında deyilən fikirlər

10 Mart 2015
2 194
0
Sevgi haqqında deyilən fikirlər
Sevgi haqqında deyilən fikirlər



Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. (F.Bekon)

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. (H.Heyne)

Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. (P.Bruast)

Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. (A.Avqustin)

Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. (B.Dizraeli)

Sevgidə yeganə qələbə qaçışdır. (N.Bonapart)

Ağıl yaşda eşq eybə çevrilir. (O.Balzak)

Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. (V.Publiy)

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. (V.Hüqo)

Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. (B.Şou)

İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. (B.Dizraeli)

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. (V.Hüqo)


Hər bir sevgi əbədi olmaq istəyir. (E.M.Remark)

Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? (İ.V.Höte)

Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.! (F.Dzerjinskiy)

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. (Volter)

Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. (V.Hüqo)

Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. (H.Senkeviç)

Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. (B.Şou)

Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. (H.Heyne)

Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. (M.Qorkiy)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.