Xəyalımda gəzən yar,xəyalımda gəzən yar

27 Mart 2015
1 685
0
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar


Xəyalımda gəzən yar,xəyalımda gəzən yar

Ürəyimdə sənə qarşı gizli bir məhəbbət var ,
Sönməz bu məhəbbətdə,od tək alışar yanar,
Həmişə olginən sən,qəmnən kədərdən kənar ,
Ay mənim ürəyimi ovsunlayıb calan yar,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...

Görən gündən olmuşam inan Məcnundan betər,
Bu qədər zülm eyləmə,gözəlim bəsdir yetər,
Denən görüm aşiqin sənsiz gülüm nə edər,
Ay məni məndən alıb,bu günlərə salan yar,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...


Yalan demirəm sənə yazdığım sözlərimi ,
Gəl başa düş əzizim qəbul et diləyimi ,
İnan səndən hec biran,üzə bilməm əlimi ,
Ay məni dəli edib ağlımıda alan yar,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...

Desəm sənə nə qədər ,kalan qurtarmaz sözüm,
Denən görüm həsrətə hicrana necə dözüm,
Səni görən O,gündən yoxdur gecəm gündüzüm,
Ay məmim bu canımı xəstə sayaq edən yar,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...


Gəl məni sən qınama, bu məndən asılı deyil ,
Sənin arxanca elə gəzirəm veyil- veyil ,
Bircə kəlmə Hə denən etginən mənə meyil,
Ay məni günü -gündən özünə cəlb edən yar ,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...

Damarımda axan qan,məhəbbətdir sevgidir ,
Bu cırpınan ürəyim canımda səninkidir ,
Seymuram al canımı zalım fələk kimdir ki ,
Ay mənim həyatıma şəfəq sacan gözəl yar,
Xəyalımda gəzən yar,xəyalımda gəzən yar...


Müəllif: SEYMUR SÖNMƏZ
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.