::::Məni Axdar Darıxanda::::::Dan şeir

12 Haziran 2015
2 553
0
::::Məni Axdar Darıxanda::::::Dan şeir

::::Məni Axdar Darıxanda::::::Dan şeir
Gələcək zamanı bir neçə ilə
Döyəcək qapını xəlvət ayrılıq.
Nədir ki, mənası? Barışsaq belə,
Bir zaman ömürlük ayrılacağıq...


Bir vaxt olacaqsan özgənin təni
Mən qəmli olacam, şənlənəcəksən.
Özgəsi alacaq əlimdən səni
Nişanın olacaq evlənəcəksən...

O gecə yıxacaq qəlbimi dərdim
O sənə ən yaxın gün göstrəcək
Mən sənə ömrümü hədiyyə verdim
O sənə qızıldan üzük verəcək.


Cavabsız qoyaraq suallarımı
Üstəlik körpəsin daşıyacaqsan
Hər gecə qurduğum xəyallarımı
Başqa bir insanla yaşayacaqsan...

Açılar ümidsiz, qəmli sabahım
Bəlkə mənim kimi saralıb, soldun
Bəlkə də tutmadı heç səni ahım
Bəlkə bilmək olmaz bəxtəvər oldun...


Bir ömür yaşayıb dərdsiz qalsız
Hələ çox deməyə sözüm qalıbdı
Amma inanmıram xoşbəxt olasız
Çünki gözlərimdə gözüm qalıbdı


::::Məni Axdar Darıxanda::::::Dan şeir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.