Mən pillə-pillə düşərkən

05 Eylül 2015
1 665
6
Mən pillə-pillə düşərkən
Mən pillə-pillə düşərkən
Nərdivanlardan düşərkən tutdum o incə batıq səsini!
Sanki içdən içə getmə deyirdin.Sanki getməmi istəmirdin
Unudurdun pozduğun tapmaca dolusu gülümsəmələrini
Qorxudurdu səndəki bu unutqanlıq məni
Qaranlıq gecələrini unutdururdun mənə

Amma mən unutmurdum keçdiyim yolların qaranlığını
İndi burax tutma əlimdən!
Gedişlərin ən bəxtiyarına ev sahibliyi edirəm bu gecə
Və mən sənin bu zəhər zəqqum qaranlığına yalnız gülümsəyə bilirəm
Gözümdəki o inci dənələrini qaranlıq bir baharda deyil yazlıq bahar məkanlarında
yerdən yerə vurmaq istəyirəm
Heç boşuna baxma ağlamıram ...
Mən pillə-pillə düşərkən


Hər gedişin bir dönüşü olarmış
Bu gedişin bütün dönüş yolları çıxılmaz yola rast gəlir
Nə edirsən et sənə dönə bilmirəm
Ustad demişdi ki gündüzlərə əhəmiyyət verm
ədiyin vaxt qaranlıq təpənə çökər,
Qaranlığa əmiyyət vermədiyin vaxt isə gündüzlər yolunu açar!
Ustadın dediyi kimi qaranlığa əhəmiyyət vermirəm
Əsla ardımdan o inci dənəsi gözyaşlarını tökmə yerə
Unutma ki mən gəlib keçiciydim sənin üçün
İndi bir də onları yerdən geri yığmaq üçün məşğul olma
Tamam bilirəm hər gözyaşının ardında bir peşmanlıq var amma
Hər peşmanlığın ardında da saxta gözyaşı var səndə bunu bilirsən
Elə baxma gözlərimə ağlamırsan ...
Mən pillə-pillə düşərkən

İndi təkəm ustad!
Çox şey öyrətdi həyat mənə
Şam işığının batıq yandığını
Günəşə yaxınlaşdıqca yandırdığını
Çobanyastığıların solduğunu
Ulduzların parladığını
Və ən əhəmiyyətlisidə
İki növ gözyaşı olduğunu
Gözyaşı!

Saxta gözyaşı!
İndi görürəm ki əslində həyat tək bir şey öyrətmiş mənə
Mən düşərkən pillə-pillə
Onlar liftlə çıxırdılar ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    super yazidi cox xosuma geldi
  2. crazy_reniw
    saq olun gozel idi ellerine saqliq
  3. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 13:06
    oxudum amma mənlik xəbər deyildi.sağol.
  4. _Sirin_
    Normaldi amma yaxwudu laughing bombaaa
  5. allah bendesi
    ellerinize sagliq tewekkurler...
  6. Lami95
    tewekkurler maragli idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.