Ehh..Yenə yağış yağır

28 Kasım 2015
6 137
2
Ehh..Yenə yağış yağır
Ehh..Yenə yağış yağır

Ehh..Yenə yağış yağırYağışın hər damlasında sənin simanı görürəm,bəzisində mənə gülümsəyir bəzisində mənə əsəbləsirsən…
Yağış damlalarının düşdüyü kiçik gölməçələrdəki dalğalarda sənin siman dalğalanır….
Yağış damcılarının qulağımda səsləndirdiyi musiqi səni canlandırır…
Yağışdan sonra gələn torpaq qoxusu səni xatırladır mənə…

Ehh..Yenə yağış yağır
Ehh..Yenə yağış yağırYağışı sevirəm səni mənə xatırlatdığı üçün…
Yağışa nifrət edirəm səni unutmağa qoymadığı üçün…
Ehh..Yenə yağış yağır

Bəs sən məni xatırlamırsan?Bəs nə tez unutdun o ilk həyəcanları?? Mən səni görəndə həyəcanlanırdım,adını eşidəndə həyəcanlanırdım..adını öz-özümə tələffüz edə bilmirdim,qorxurdum.Adını bir vərəqə tez-tez yazıb pozurdum…Adının yazılışına belə baxa bilmirdim…Səni sevməkdən qorxurdum,ama səni sevirdim axı…Adımı sənin səsində eşitmək məni həyəcanlandırırdı..Səsin bütün günü qulağımda səslənirdi…
İndi isə səni yadıma sala bilmirəm.Ehh..Yenə yağış yağır
Bəs sən məni xatırlamırsan? Axı aradan kecen bu zaman erzində nə qədər yağış yağıb,ay insafsız??Bəs deyirdin “yağış bizim üçün yağır”..Bizi xatırlamırsan?
Ehh..Yenə yağış yağırNiyə demədin axı?Niyə etiraf etmədin,mənə də etraf etməyə cesarət vermədin,axı hamı bilirdi bizim bir birimizə,öz ozümüzə etiraf etməyə qorxduğumuz hissləri..Hamı bilirdi..

Hamı səndən ehtiyat edirdi,məni müdafiə edirdin,danlayırdın,əsəbləşirdin,amma demirdin..Demədin də…
Elə səssiz-səmirsiz çıxıb getdin…məni yağışlarla baş başa qoyub getdin…
Ehh..Yenə yağış yağır
Həmişə pəncərənin arxasında oturub yağışa baxanda fikirləşirdim ki,nə vaxtsa ikimiz eyni pəncərənin arxasında oturub yağışa baxacağıq…Amma mən yenə də həmin pəncərənin arxasında tək oturub yağışa baxıram..Sən hardasan?Hansı pəncərənin arxasındasan?kiminləsən?.Bilmirəm...Yağışa baxanda mən yadına gəlirəmmi?.Bilmirəm…Ehh..Yenə yağış yağır
Zalımsan…Məni kiçik bir səhvə görə belə ağır cəzalandırdın..Heç bir söz də soruşmadan getdin…Məni bu fikirlərlə,dü.üncələrlərlə və ömrümün axırına qədər yağan yağışlarla baş-başa qoyub getdin…

Ehh..Yenə yağış yağır
Yağışı sənə görə sevirdim...
Sənə görə də nifrət edirəm…Ehh..Yenə yağış yağır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. vusalə
    • vusalə
    • 2 Eylül 2016 14:49
    Super mənalidi eladi minnatdaram cox sagolun
  2. -Aydan-
    Ehh..Yenə yağış yağır
    Yağışı sənə görə sevirdim...
    Sənə görə də nifrət edirəm…
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.