Bu sənə son məktub olacaq bəlkə
Dəyişən heçnə yox,qəlbimdə yerin,
Qalaçaq yadigar bax,bu günlərin,
Yazıram sən adlı,qismət nə bilim,
Bu sənə son məktub olacaq bəlkə...
İndi ayrılığı andıqça bir an,
Sabaha qalmayır vallahi güman
Ay mənim ağlımı,özümdən olan,
Bu sənə son məktub olacaq bəlkə...
Həyat qəribədir sığortası yox,
Əzrayıl baxmayır qoça cavan, ox,
Deməyə sözlərim düzüm-düzüm cox ,
Bu sənə son məktub olacaq bəlkə...
Sevgi alamində gəzdim dolandım,
Vüsalın dadmamış həsrətə yandım,
Ürəkdən gələni qələmə aldım ,
Bu sənə son məktub olacaq bəlkə...
Şükür yaradana şükür bu günə
Səndən hey yazmışam sətirlərimə
Bağışla dəymişəmsə əgər xətrinə
Bu sənə son məktub olacaq bəlkə...
Sönməzin verməyə birtək qəlbi var,
Məhəbbət yolunda məğrur dəyanar,
Gün kecər,ay batar,nə bilmək olar ,
Bu sənə son məktub olacaq bəlkə...
Müəllif : Seymur Sönməz