Güvən

03 Ocak 2016
3 331
4
Güvən
Güvən

Güvən

Həyat yoldaşının onu sevdiyini yoxlamaq istəyən kişi, ona vida məktubu yazır. Evi tərk edəcəyini yazaraq məktubu stolun üstünə qoyur və çarpayının altında gizlənərək həyat yoldaşının gəlişini gözləyir. Bunun uşaq hərəkəti olduğunu başa düşsə də, xanımının ona qarşı nə hiss etdiyini yoxlamaq istəyi ona qalib gəlir. Məktubu oxuyan qadının ağlayacağını, rəfiqələrinə zəng edəcəyini düşünən kişi gözlədiklərinin əksi ilə qarşılaşır. Nəhayət ki, evə gələn qadın məktubu oxuyaraq, bir neçə dəqiqə sükutdan sonra kağıza nə isə yazmağa başlayır. Bir neçə dəqiədən sonra isə o, paltarını dəyişir, şən mahnıya qulaq asaraq rəqs etməyə başlayır, kədərlənmək əvəzinə, çox şən görünür. Bunu müşahidə edən kişi şok vəziyyətinə düşür, amma bu hələ son deyil. Qadın telofonu götürür və hansısa nömrəni yığır:
- Salam əzizim. Mən hazıram, indi yanına gələcəm. Bu axmağa gəlincə isə, mən axır ki, onu bezdirdim, o da çıxıb getdi. Mən ona necə ərə gedə bilmişəm? Çox heyf ki, səninlə əvvəldən rastlaşmamışam. Görüşərik əzizim!

Dəstəyi yerinə asan qadın, evdən çıxır. Bir neçə dəqiqədən sonra, əhşətli hisslər keçirən kişi çarpayının altından çıxaraq, stolun üstündəki məktubu götürür və həyat yoldaşının ona nə yazdığını oxumağa başlayır. Məktubda yazılmışdı:

"Çarpayının altından çıxan ayaqlarını görürəm. Mağazaya çörək almağa gedirəm".

Güvən

RƏYLƏR
  1. Aysu Wirinka
    xaxaxax o qeder guldumki evvel pis gelirdi sonu ela oldu
  2. alara
    • alara
    • 3 Ocak 2016 21:45
    maraqli ve gulmeli bir o qederde casdiricidir xeber maraqlidir
  3. Tina
    • Tina
    • 3 Ocak 2016 20:16
    -birinci oxuyanda basqa cur basa dusdum sonra ise eksi oldu
    xebere gore tesekkurler
  4. allah bendesi
    :))) evvelini oxuyanda mende hele onu duwundumki qadin ona zarafatini bawa duwecek.cox sag olun maraqli hekaye ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.