İlk dəfə

10 Şubat 2016
2 396
1
İlk dəfə
İlk dəfə
İlk dəfə

Qara köynəyinin düyməsinin
Ağ sapla tikilməyindən bildim
Evinin
Qadın əllərindən ötrü darıxdığını.
Sonra mənə hədiyyə etdiyin kitabların tozu

Saralmış vərəqlərdəki tənhalıq qoxusu
Anlatdı həyatını.


İlk dəfə
Ürəyim sənindi
Bilirəm
Saçlarım
Gözlərim
Ruhum.
Amma daha çox əllərim sənin olsun istəyirəm
.

İlk dəfə
Saçını tumarlayar
Üstünü örtər yatarkən
Xörək hazırlayar
Süfrə bəzəyər sənə əllərim
Bir də
Qara köynəyinə qara,
Ağ köynəyinə ağ sapla tikər düymələri.

İlk dəfə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Saida
    • Saida
    • 11 Şubat 2016 00:44
    Əla.cox gozel
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.