Sevgi Haqqında Aforizmlər

Sevgi Haqqında Aforizmlər
İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. - B.Dizraeli

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. - V.Hüqo

Hər bir sevgi əbədi olmaq istəyir. - E.M.Remark

Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? - İ.V.Höte

Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. - F.Bekon

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. - H.Heyne

Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. - P.Bruast

Zəruri olanda- birlik, şübhəli olanda azadlıq, hər şeydə məhəbbət var. - A.Avqustin

Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. - B.Dizraeli

Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. - F.Dzerjinskiy.

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. - Volter

Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. - V.Hüqo

Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. - H.Senkeviç

Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. - B.Şou

Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. - H.Heyne

Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. - M.Qorkiy

Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. - M.Qorkiy

Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. - F.Laroşfuko

Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. - H.Lonqfell

Sevir, çünki sevir, sevmir, çünki sevmir hisslərin və ehtirasların məntiqi qısadır. - A.Hersen

Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. - Aristotel.

Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir. - B.Şou

Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. - V.Hüqo

Məhəbbət ideal, nigah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. - İ.V.Höte

Sevgi ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. - A.Hertsen

Məhəbbət nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. - O.Balzak

Sevgi xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. - F.Dzerjinskiy

Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. - V.Publiy

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. - V.Hüqo

Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. - B.Şou

Sevgidə yeganə qələbə qaçışdır. - N.Bonapart

Ahıl yaşda eşq eybə çevrilir. - O.Balzak

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.