"Duyğular Adası" - Maraqlı Sevgi Nağılı

07 Ekim 2020
4 776
0
"Duyğular Adası" - Maraqlı Sevgi Nağılı
Bir zamanlar üzərində bütün duyğuların yaşadığı bir ada var idi.Xoşbəxtlik blush ,hüzn confounded ,bilgi innocent ,təkəbbür expressionless ,
sevgi heart_eyes və başqa duyğular bu adada birlikdə yaşayırdılar.Bir gün adanın tezliklə batacağını bütün duyğulara xəbər verirlər.Bunu eşidən duyğular da bir-bir adanı tərk etməyə başlayırlar.Ən axıra isə Sevgi qalır.O,son anadək adanı tərk etməməyə çalışırdı.Ancaq artıq ada batmaq üzərə idi.Bunu görən Sevgi də digər duyğulardan yardım istəmək məcburiyyətində qalır.
Öncə böyük bir gəmi ilə adanı tərk etməyə çalışan Zənginliyə müraciət edir:
-Məni də özünlə apararsan?
Zənginlik cavabında:
-Xeyr,apara bilmərəm,gəmim qızıl-gümüşlə doludur,sənə yer qalmayıb,-deyir.
Sevgi digər tərəfdəki gözəl,yelkənli qayığı ilə getməkdə olan Təkəbbürə üzünü tutub ondan yardım istəyir.Təkəbbür Sevgiyə belə cavab verir:
-Bağışla,sənə yardım edə bilmərəm,üst-başın islanıb,qayığımı kirlədərsən.

Əlacsız qalan Sevgi yaxınlığında olan Hüznə üz tutur və ondan kömək istəyir:
-Hüzn,olarmı məni də özünlə götürəsən?
Hüzn:
-Of Sevgi!Bu gün o qədər kədərliyəm ki...Bir az tək qalmağa ehtiyacım var.
Bu arada Xoşbəxtlik də Sevginin yanından keçirdi.Amma özünü o qədər xoşbəxt hiss edirdi ki,Sevginin səsini belə eşitmədi.Artıq bütün duyğulardan əlini üzən Sevgi birdən bir səs eşitdi:
"Gəl,Sevgi,gəl mənimlə gedək".Bu sözləri deyən Sevgidən çox yaşlı görünən bir qoca idi.Sevgi özünü o qədər bəxtəvər,o qədər xoşbəxt hiss etdi ki,çaşqınlıqdan ona yardım edən bu qocanın adını belə soruşmağı unutdu.Qoca Sevgini sağ-salamat sahilə çatdırdı,özü isə yoluna davam etdi.Bir anlığa ona nə qədər borclu olduğunun fərqinə varan Sevgi yanındakı Bilgidən soruşdu:
-Məni xilas edən o qoca kimdir?
-O,Zamandır.
-Zamanmı?Bəs niyə o mənə yardım etdi?-deyə Sevgi heyrətlə soruşdu.
Bilgi gülümsəyərək:
-Çünki yalnız zaman sevginin nə qədər böyük olduğunu anlaya bilər...

[right]"Füyuzat"jurnalından[/right]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.