Gəlin toyda bəyi atıb başqasıyla evləndi.

21 Şubat 2015
3 074
0
Gəlin toyda bəyi atıb başqasıyla evləndi.

Gəlin toyda bəyi atıb başqasıyla evləndi.


Hindistanda toy mərasimində qeyri-adi hadisə yaşanıb.

Bəy Jugal Kişora epilepsiya xəstəsi olub və xəstəliyini gələcək həyat yoldaşı İndiradan gizlədib.

25 yaşlı bəy toyda gəlinin boynuna uzun gül çələngini keçirmək istəyəndə özündən gedib. Onu dərhal xəstəxanaya aparıblar.

Əsəbi gəlin isə dərhal başqası ilə evlənməyə qərar verib. Qonaqlar arasından qaynının qohumlarından bir oğlana evlənmə təklif edib və müsbət cavab alıb. Toy təxirə salınmayıb və İndira həmin şəxslə evlənib.

Xəstəxanadan çıxdıqdan sonra gəlinə qərarını dəyişdirməyi üçün yalvaran Kişore rədd cavabı alıb.

Bəy və onun ailəsi polisə müraciət edib. Polis isə gəlinin artıq qərar verdiyini, heç bir kömək edə bilməyəcəyini deyib.



ailem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.