Bu pişik 125 yaşındadır-foto

21 Mart 2015
2 573
0
Bu pişik 125 yaşındadır-foto
Bu pişik 125 yaşındadır-foto


Dünyanın ən yaşlı pişiyi kimi Ginnesin Rekordlar Kitabına düşməyə hazırlaşan Tiffani 2 adlı pişik 27-ci yaşını qeyd edib.

Feat.Az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, 1988-ci il, martın 13-də dünyaya gələn Tiffani 2-nin sahibi Şeron Vurhizin sözlərinə görə, pişiyin vəziyyəti yaxşıdır. Ancaq o, bəzən yüksək təzyiqdən əziyyət çəkir.

Pişiyi hələ 6 həftəlik olanda bir heyvan dükanından 10 dollara alan Vurhiz onun çox cəsarətli və qorxmaz olduğunu deyib. Mütəxəssislərin fikrincə, bir pişiyin 27 yaşı insanın 125 illik ömrünə bərabərdir.

Qeyd edək ki, Tiffaninin ən yaşlı pişik olmağı üçün hələ 10 ildən çox yaşamağı lazımdır. Çünki Texasdan olan pişik 2005-ci ildə 38 il yaşamaqla Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Bu pişik 125 yaşındadır-foto

Bu pişik 125 yaşındadır-foto
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.