VİDEO: Ərəb şeyxi Azərbaycanda çadır qurdu

05 Nisan 2015
1 870
0
VİDEO: Ərəb şeyxi Azərbaycanda çadır qurdu
Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum bölgələrimizə də üz tutub. Dubay əmirinin ov düşərgəsinin görüntüləri yayılıb. Bir neçə gün əvvəl isə onun varisi Həmdan bin Məhəmməd bin Rəşid də Azərbaycanda səfərdə olub. Turizmçilər hesab edirlər ki, bu səfərlər ölkəmizdə yeni turizm sahələrinin inkişafına təkan verir.

Çadırlar qurulub, qazanlar asılıb. Bir tərəfdə də ov quşları düzülüb. Kadrlar ölkəmizə səfərə gəlmiş Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun ov etdiyi bölgədəndir.

Son vaxtlar ərəblərin Azərbaycana səfərləri müntəzəm xarakter almağa başlayıb. Şeyxdən bir neçə gün əvvəl onun varisi də Azərbaycanda olmuşdu. Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və digər qonaqlar üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov etmişdilər. Onların arasında keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğulları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları da olub.

Ərəblərin ölkəmizə maraq göstərməsi turizm sahəsində yeni istiqamətlərin: ekzotik və elit turizmin inkişafına təkan verir. Zəngin təbii ehtiyatları və rəngarəng faunası ilə Azərbaycan ov həvəskarları üçün xüsusilə cəlbedici görünür.

Dəbdəbəli həyat tərzi sürənlər üçün də Azərbaycanda dincəlmək xoşdur. Ərəb şeyxləri və bu qəbildən olan digər qonaqlara xidmətin genişləndirilməsi ölkəmizdə elit turizmin inkişafına təkan verir. Elit turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, golf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır. Elit turistlər üçün ən mühüm məqamlardan biri təhlükəsizlik məsələləridir.

Elit turizm həm də daha yüksək gəlir gətirir. Müqayisə üçün, orta səviyyəli turistin bir həftəlik istirahəti qiymətinə elit turistin dəbdəbəli bir şam yeməyi başa gəlir. Bu sahənin inkişafı turizmdən gələn gəlirin sürətlə artmasına gətirib çıxaracaq.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.