Brokoli ilə arıqlayın - Ən təsirli pəhriz

01 Mayıs 2015
1 821
0
Brokoli ilə arıqlayın - Ən təsirli pəhriz
Brokoli ilə arıqlayın - Ən təsirli pəhriz


Cox adam brokoliyə nifrət edir. Uşaqlar heç sevmir, kişilər də mümkün olduqca uzaq durmağa çalışır. Ancaq qadınlar sağlamlığa faydalı olduğunu bildiyi üçün brokoliyə artıq öyrəşiblər.
Əgər siz də brokoli yeyə bilirsizsə, AzadQadın.azın Aile.lent.az-a istinadən təqdim etdiyi bu pəhrizdən yararlana bilərsiz.
10 gündə 6 kilo atmağı vəd edən bir pəhrizdir.

C vitamini ilə zəngin olan brokoli ürək xəstəlikləri, prostat xərçənginə qarşı qoruyur və antixərçəng potensialına sahibdir.
Brokolini bişirərək deyil, buxarda 5 dəqiqə qaynatmaqla yeyə bilərsiz.
Unutmayın ki, sağlam bir pəhrizin idmana da ehtiyacı var.

1-ci və 2-ci gün
Səhər yeməyi. Bir çimdik duz ilə bişirilmiş 200 qr brokoli, 50 qr kəpəkli çörək, 1 fincan şəkərsiz qara çay
Günorta yeməyi. 250 ml az duzlu toyuq şorbası, 150 qr bişmiş toyuq, 100 qr bişmiş brokoli
Axşam yeməyi. Bir çimdik duz, 250 qr bişmiş brokoli, 1 fincan şəkərsiz qara çay

3-cü və 4-cü gün
Səhər yeməyi. Zeytun yağında sarımsaq və bir bibər ilə 200 qr brokolini 20 dəqiqə bişirin.
Günorta yeməyi . 150 qr brokoli ilə 50 qr ton balığı, 1 ortaboy soğan, 2 orta ölçüdə kartofu zeytun yağında 20-25 dəqiqə bişirin.
Axşam yeməyi. Səhər yeməyinin eynisi

5-ci və 6-cı gün
Səhər yeməyi. 100 qr bişmiş yağsız dana əti, 100 qr bişmiş brokoli əlavəli salat və 2 yemək qaşığı az yağlı soyuq süd
Günorta yeməyi. Duzlu suda qaynadılmış 200 qr brokoli, 1 dilim kəpəkli çörək
Axşam yeməyi. Az duzlu, bişmiş, yağsız 150 qr dana əti, 1 stəkan az yağlı soyuq süd

7-ci və 8-ci gün
Səhər yeməyi. 100 qr bişmiş brokoli, 2 ədəd qaynamış yumurta, 1 fincan şəkərsiz çay
Günorta yeməyi. 250 ml duzlu toyuq şorbası, 150 qr bişmiş toyuq, 100 qr bişmiş brokoli
Axşam yeməyi. Bir çimdik duz ilə bişirilmiş 250 qr brokoli, 1 fincan şəkərsiz qara çay

9-cu və 10-cu gün
Səhər yeməyi 100 qr bişmiş duzlu brokoli, 2 ədəd qaynadılmış kök
Günorta yeməyi. 100 qr bişmiş duzlu brokoli, 100 qr balıq, 1 dilim kəpəkli çörək
Axşam yeməyi. Bir çimdik duz ilə bişirilmiş 200 qr brokoli, qabığı ilə bişirilmiş 1 kartof

Bu pəhrizə əməl edə bilmirsizsə, qida miqdarını azaldın, yeməyinizə brokoli əlavə edin. Brokoli çox lif tərkibli olduğundan ishal və ürək bulanmasına səbəb ola bilər. Xüsusən siqaret çəkənlər üçün brokoli pəhrizinin çox faydası var, nikotinli orqanizmi təmizləyir. Hamilə qadınlar brokoli sayəsində çoxlu fol turşusu qəbul edə bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.