“London taksi”ləri yeni dizaynda - FOTO

04 Mayıs 2015
1 652
0
“London taksi”ləri yeni dizaynda - FOTO
“London taksi”ləri yeni dizaynda - FOTO

“Bu taksilər Bakının rəmzlərindən birinə çevrilib”.

İyunun 12-dən 28-dək keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə, Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub.

Beynəlxalq aləmdə Bakının rəmzi kimi tanınan 250-dən çox “London taksi”lərini qarşıdakı həftələrdə şəhərin hər bir yerində görə biləcəyik. Azərbaycan, tarixinin ən böyük idman tədbirinə ev sahibliyi etmək üçün hazırlıqları davam etdirdiyi bir vaxtda, bu taksilər Bakı 2015-ə diqqəti bir qədər də artıraraq və ona marağın artmasına səbəb olacaq.

Yeni dizayn olunmuş taksilər haqqında danışan, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib: “London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğatında iştirakına yalnız məmnun ola bilərik”.

Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanın tribunalarda görmək bizi xüsusilə sevindirir”.

Açılış və bağlanış mərasimləri də daxil olmaqla bütün yarışlar üçün biletləri www.baku2015.com saytından onlayn qaydada və ya Bakının müxtəlif yerlərindəki bilet satış məntəqələrindən almaq olar. Bilet satışı haqqında ətraflı məlumatı Bakı 2015-in rəsmi internet səhifəsindən, yaxud 2015 telefon nömrəsinə zəng etməklə tamaşaçı məlumat mərkəzindən əldə etmək mümkündür. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar, əlində arenalara giriş üçün etibarlı bileti olan böyüklərin müşayiəti ilə, əksər yarışları izləmək üçün pulsuz giriş hüququna malik olacaqlar.


“London taksi”ləri yeni dizaynda - FOTO

“London taksi”ləri yeni dizaynda - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.