Van Damm 25 il sonra bu hərəkətləri təkrarladı - VİDEO

13 Mayıs 2015
1 161
0
Van Damm 25 il sonra bu hərəkətləri təkrarladı - VİDEO
“Kikbokser” filmində oynadığı qəhrəmanın rəqsi
Van Damm 25 il sonra bu hərəkətləri təkrarladı - VİDEO
Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm 25 il əvvəlki rəqsini təkrarlayıb.

Bizimyol.info Qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Kikbokser” filmində oynadığı qəhrəmanın rəqsini məşhur Konan şouda bir daha ifa edib. Verilişin aparıcısı Konan O”Brayn “Kikbokser”in onun sevimli filmi olduğunu və hələ də həmin səhnəni xatırladığını bildirib. Konan aktyordan həmin rəqsi təkrarlamağı xahiş edib.

Van Damm isə hələ də hərəkətləri xatırladığını deyib və səhnəyə çıxıb. Aktyor “şpaqat” istisna olmaqla bütün hərəkətləri olduğu kimi təkrarlayıb.

Qeyd edək ki, “Kikbokser” 1989-cu ildə çəkilib. Həmin vaxt Van Dammın 29 yaşı olub.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.