Selfi çubuğu 4 nəfərin ölümünə səbəb oldu

13 Temmuz 2015
2 805
0
Selfi çubuğu 4 nəfərin ölümünə səbəb oldu
Selfi çubuğu 4 nəfərin ölümünə səbəb oldu
Selfi yenə ölüm gətirdi.

Feat.az-ın məlumatına görə, bu dəfə bədbəxt hadisə İngiltərədə baş verib.

Povys bölgəsindəki dağların üzərində yürüyüşə çıxan 4 nəfəri ildırım vurub. Nəticədə onlardan ikisi ölüb, ikisi isə yaralanıb.


Ölüm faktı ilə bağlı açıqlama verən rəsmilərin sözlərinə görə, hadisəyə səbəb selfi çubuğu olub. Belə ki, gəzənlərdən birinin əlində olan metal çubuq ildırımı özünə çəkib.

Bu selfinin səbəb olduğu ilk ölüm hadisəsi deyil. Bundan öncə də elektrik qatarının üzərində şəkil çəkdirmək istəyən yeniyetməni elektrik cərəyanı vurmuşdu.
Rusiyada "Selfie" çəkdirən məktəbli qız 8-ci mərtəbədən yıxılıb
və ölüb.


May ayının 22-də isə çeçen gənc selfi çəkdirmək üçün beton piltələrin üstünə çıxıb. Lakin müvazinətini itirərək yıxılıb. Gənc oğlan yerindəcə keçinib.

Bütün bu hadisələrlə bağlı olaraq Rusiya Daxili İşlər Nazirliyi təhlükəsiz selfi adlı braşür dərc edib. Burada selfi çəkməyin qadağan olunduğu yerlər və səbəbləri açıqlanıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.