Cəlilabadda gizlədilən qəbirlər (VİDEO)

24 Eylül 2014
1 441
0
Cəlilabadda gizlədilən qəbirlər (VİDEO)
Cəlilabadda gizlədilən qəbirlər (VİDEO)

Cəlilabad rayonunda tapılan qədim dövrə aid maddi mədəniyyət nümunələri mətbuatdan gizli saxlanılıb.

Bu barədə yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər. Bir neçə həftə bundan əvvəl rayonun Abışabad kəndində vətəndaşa məxsus həyatyanı sahədə təsadüf nəticəsində saxsı parçaları çıxmağa başlayıb.

Bu barədə kəndlilər və tarix müəllimləri paytaxtdakı əlaqədar qurumlara məlumat veriblər. Arxeloqlar tərəfindən başlanan qazıntı işləri zamanı ərazidə e.ə.III əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkar olunub. Qəbirlərdə insan sümükləri ilə yanaşı tuncdan hazırlanmış 1 ədəd maral başı, 1 ədəd xəncər və ən nəhayət, qiymətli daşlardan hazırlanmış qırmızı rəngli qadın boyunbağısı aşkar olunub.

Maraqlıdır ki, yerli sakinlər arxeoloji ekspedisiyanın rəhbərinə tapıntılarla bağlı KİV-lərə məlumat verilməsini tələb etsələr də, tədqiqatçılar buna ehtiyac olmadığını bildiriblər.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.