Azərbaycan Hücumu Dayandırdı: RƏSMİ MƏLUMAT

03 Nisan 2016
1 523
1
Azərbaycan Hücumu Dayandırdı: RƏSMİ MƏLUMAT
Azərbaycan Hücumu Dayandırdı: RƏSMİ MƏLUMAT

Müdafiə Nazirliyi cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib.

FeaT.Az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında yazılıb: "Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ne vaxti susublarki indi susalar dahada hirslenibler ama boshuna
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.