"BakuBus"ın yanında ayı peyda olub - Video

29 Nisan 2016
2 106
1
"BakuBus"ın yanında ayı peyda olub - Video
"BakuBus"ın yanında ayı peyda olub - Video



FHN əməkdaşları hazırda hadisə yerində ayını zərərsizləşdirmək üçün iş aparır
Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub. Avtosfer.az-ıın anspress-ə istinadən məlumatına görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub. Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur. “Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi. "BakuBus" və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqləyiblər. Onun bala ayı olduğunu qeyd ediblər. FHN-dən bildiriblər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun “Report”a verdiyi məlumata görə, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb. Ayı balası aidiyyəti üzrə təhvil veriləcək.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    dunen xeberi gormushdum ama baxa bilmemishdim..ayi balasdir yaxin durmaq olmur anasi olsaydi ne olardi :))..maraqlidir hardan gelib:))teshekkrler paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.