SOCAR-da Ödənişli Yay Təcrübə Proqramı!

13 Mayıs 2016
1 890
0
SOCAR-da Ödənişli Yay Təcrübə Proqramı!


SOCAR-da Ödənişli Yay Təcrübə Proqramı!

Feat.az SOCAR-ın rəsmi saytına istinadən məlumat verir ki, SOCAR “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə sənəd qəbuluna start verdi


SOCAR neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompüter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir.
Proqramda bakalavr pilləsinin əyani şöbəsinin 3 və 4-cü, magistraturanın 1 və 2-ci kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır. Proqramın şərtlərinə əsasən, avqust və sentyabr aylarını əhatə edən təcrübə müddətində tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanılır və onlar minimal dərəcə ilə mütəxəssis vəzifəsinə işə qəbul olunurlar. Təcrübəçilərə işlədikləri müddətə və vəzifələrinə uyğun əmək haqqı ödənilir.

SOCAR 2016-cı il üzrə “Ödənişli Yay Təcrübəsi” proqramına sənəd qəbulu elan edir. Proqrama müraciət etmək istəyənlər 30 may 2016-cı il tarixinədək www.socar.az/tehsil veb-səhifəsindən “Ödənişli Yay Təcrübəsi” proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.




Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.