Ekspert: Təhsil haqqları azaldılır

20 Mayıs 2016
1 269
0
Ekspert: Təhsil haqqları azaldılır
Ekspert: Təhsil haqqları azaldılır

Azərbaycanda 2016-cı ildən başlayaraq ali və orta ixtisas təhsilli müəssisələrdə ödənişli təhsil üzrə fakultələrin qiyməti aşağı düşə bilər. Bu barədə anspress-ə Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bildirib.


Onun sözlərinə görə, ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib. Yəni, bundan sonra ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı və fakultələrin məbləğini Nazirlər Kabineti deyil, universitetlər özləri müəyyən edəcək.

“Hər ali məktəb müəyyən edəcək ki, ödənişli təhsil üzrə nə qədər kadr hazırlaya biləcək. Həmin təhsil müəssisəsinin imkanlarına görə onlara ödənişli yerlər veriləcək. Bundan əlavə, minimal müsabiqə şərtlərini ödəyən abituriyentlər müsabiqə yolu ilə ali təhsil müəssisəsinin potensial imkanları çərçivəsində müəyyənləşdirilən say nəzərə alınmaqla qəbul olunacaq”, – deyə təhsil üzrə ekspert qeyd etdi.

Kamran deyir ki, əvvəllər tələbələrin planını dövlət müəyyən edirdi. Məsələn, Bakı Dövlət Universiteti 30 min ödənişli təhsil alan tələbə qəbul etmək imkanına malikdir, amma burada yalnız 21 min ödənişli tələbə üçün yer ayrılmışdı. Universitetlərin gəlirlərinin məhz tələbələrin təhsil haqları hesabınadır və onlar bu gəlirlərindən imtina etmək istəməzlər. Sadəcə bundan sonra universitet 30 min tələbəni qəbul etsə, onda təhsil müəssisənin büdcəsini təmin etmək üçün ayrılan məbləğ 21 min deyil, 30 min tələbəyə görə, bölünəcək və bu zaman, təbii ki, illik qiymətlər aşağı düşəcək. Universitetlərin gəlirlərinin məhz tələbələrin təhsil haqları hesabınadır və onlar bu gəlirlərindən imtina etmək istəməzlər.

Fəlsəfə doktoru hazırda ölkəmizdə fəaliyyət göstərən dövlət universitetlərində illik qiymətlərin çox baha olduğunu deyir: “Xarici ölkələrin universitetləri ilə müqayisə etsək, bizdə təhsil qiymətləri iki dəfə bahadır, hələ özəl universitetləri demirəm. Baxmayaraq ki, xarici ölkələrdə tələbələr özəl universitetlərdə oxumağa daha çox üstünlük verirlər. Çünki 100 universitet siyahısına da çox vaxt özəl universitetlərin adı düşür. Amma Azərbaycanda 2000 manatdan başlayan təhsil haqqını alan universitetlərdən heç biri heç dünya universitetlərinin ilk minliyinə də daxil olmayıb”.

Ekspert deyir ki, mexanizm dəyişikliyindən sonra tələbə olmaq istəyən xarici universitetlərə də üz tutmazlar. “Baxın, bizdə 2500-3000 manat verib təhsil almaqdansa, məzunlar düşünürlər ki, 300-500 verib Türkiyədə təhsil alaram. Amma ödənişli təhsilin mexanizmi dəyişilsə, qiymətlər aşağı düşsə, tələbələr pulu xaricə deyil, öz ölkəmizin təhsilinə xərcləyərlər”.

Kamran Əsədov ödənişsiz təhsil planının artırılması üzərində işləməyi daha məqsədəuyğun hesab edir. Məhz bu zaman tələbələrin təhsil alma imkanları arta bilər. Azərbaycanda təxminən 150 mindən çox tələbə var və onların təxminən 70% faizi ödənişli əsaslarla təhsil alır. Yəni təhsil haqqı azalarsa, 100 min, bəlkə də daha çox ailənin güzaranı da yaxşılaşar. İndi Azərbaycanda elə şərait yaranıb ki, bəzən bir tələbənin təhsil haqqını bir neçə ailə – baba, əmi, dayı və s. birlikdə ödəməyə məcbur olur.

Ödənişli əsaslarla təhsil almaq təcrübəsi bütün dünyada mövcuddur. Amma bəzi ölkələr var ki, orada ali məktəblər tamamilə pulsuzdur və ya təhsil haqları ölkəmizlə müqayisədə çox aşağıdır. Məsələn, qonşu Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Həmin qərara əsasən, dövlət ali təhsil müəssisələrində təhsil almaq istəyənlərdən ödəniş alınmayacaq. Yalnız ikinci ali təhsil almaq istəyənlər buna görə pul ödəməli olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.