Təhsil Nazirliyi: Universitetlərdə yay imtahanlarının vaxtı dəyişdirilib

31 Mayıs 2016
1 376
0
Təhsil Nazirliyi: Universitetlərdə yay imtahanlarının vaxtı dəyişdirilib
Təhsil Nazirliyi: Universitetlərdə yay imtahanlarının vaxtı dəyişdirilib

Bu il Azərbaycanda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Feat.Az APA-ya istinadən bildirir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda deyilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.