Hər gün 2 stəkan süd içsəniz ... ( DİQQƏT )

02 Haziran 2016
1 617
0
Hər gün 2 stəkan süd içsəniz ... ( DİQQƏT )

Hər gün 2 stəkan süd içsəniz ... ( DİQQƏT )
Yay yavaş-yavaş həyatımıza daxil olur. Artıq qarderobumuzda nazik geyimlər yer tutub. Yaxın günlərdə dəniz mövsümü də başlayacaq.
Buna görə də bir çox insan artıq çəkidən azad olmaq üçün pəhrizə başlayıb. Mütəxəssislər isə pəhriz saxlayanların menyusuna südü də daxil etməyi məsləhət görürlər. Belə ki, nizamlı olaraq süd içmək arıqlamağa təsir edir.
Süd və süd məhsulları sağlamlıq baxımından lazım olan ən azı 10 təməl qidadan biridir. Aparılan araşdırmalar sübut edib ki, 3 pay yağsız süd məhsulu daxil olan pəhriz çəki azaltmaqda təsirli rol oynayır. Kalsium qəbulu ilə arıqlamaq bədəndə yağı azaldır və bel bölgəsində yağları məhv edir. Süd içən insanlar pəhriz siyahılarından südü çıxaran insanlara nisbətən daha tez və sağlam arıqlayırlar. Gündə 2 stəkana yaxın süd içən şəxs nəzərdə tutulan müddətdə 5,5 kilo arıqladığı halda süd içməyən insanlar 3 kilodan çox arıqlaya bilmirlər. Bununla yanaşı, pəhriz zamanı orqanizm kifayət qədər kalsium qəbul etmədiyi üçün yağ hüceyrəsi istehsalını artıran kalsium hormonunun ifrazına mane olur. Ona görə də kifayət qədər kalsium qəbul etmək lazımdır ki, yağ hüceyrələri parçalansın və arıqlamaq asan olsun. Kalsiumun ən yaxşı qaynağı da süd olduğundan nizamlı olaraq süd içmək vacibdir.
Süd metabolizmanı sürətləndirir
Araşdırmalara görə, süd sağlam çəkinin qorunmasında da son dərəcə təsirlidir. Süd və süd məhsulları bədəndə yığılan artıq yağı uzaqlaşdırır və metabolizmanın sürətlənməsinə təsir edir. Buna görə də hər gün süd içmək məsləhətdir.
Südü sadə içə bilməyənlər üçün çıxış yolu var. Belə ki, südə təzə və ya quru meyvələr, toz darçın qataraq içə bilərsiniz. Beləliklə, qan şəkəriniz daha nizamlı olar, həm də çəkiniz azalar. Misal üçün, 6-8 ədəd çiyələk və ya 1 ədəd kivi, ya da 4 ədəd kiçik xurma ilə toz darçın əlavə edərək, südü dadlı içə bilərsiniz.
Süd və süd məhsulları ən yaxşı vitamin qaynağıdır. Araşdırmalar D vitamini qaynaqlarının arıqlamaqda təsirli olduğunu sübut edib. Süd və süd məhsulları isə ən yaxşı D vitamini qaynağıdır.


Aile.lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.