Ağcaqanadlardan necə qorunmalı?

04 Haziran 2016
1 873
0
Ağcaqanadlardan necə qorunmalı?
Ağcaqanad dişləmələri sandığımızdan da çox təhlükəlidir. Bəs çöldə və evdə onlardan necə qorunmalı?


Qeyd edək ki, malyariya, qızdırma, meningit, ensefalit və Qərbi Nil virusu kimi xəstəliklərin daşıyıcısı olan ağcaqanadlar insan üçün son dərəcə təhlükəli ola bilər. Bundan başqa, ağcaqanadın tüpürcəyində güclü allergen vardır. Hətta allergiyaya meylli olmayan insanda ağcaqanad dişləməsi qaşınmaya, şişkinliyə və qızartıya səbəb ola bilər. Bəzi hallarda ağcaqanadın dişləməsi qızdırma, dəri qızartısı və qaşınma, baş ağrısı, təngnəfəslik, qırtlağın şişkinliyi, quru öskürək, qıcolmalar kimi əlamətlərlə ağır allergik reaksiyaya gətirib çıxara bilər. Ölümcül nəticəsindən qurtarmaq üçün ağcaqanadın dişləməsindən sonra bir saat ərzində yardım göstərmək lazımdır. Əksər hallarda ağcaqanadlar balaca uşaqların zərif dərisinə hücum edir, amma onlar eyni zamanda zərif və ağ dəriyə malik böyükləri də dişləyir.

Ağcaqanadlar insanın tərlədiyini çox yaxşı hiss etdiklərindən tez uçub gəlirlər. Qanla qidalandıqları üçün yalnız dişi ağcaqanadlar insanlar üçün təhlükəlidir. Yaşamaq üçün isə dişi və erkək ağcaqanadlar bitki şirəsi və çiçəklərin nektarı ilə qidalanırlar. Ağcaqanadlar çox məhsuldardır, onlar bir gündə 50-170 yumurta qoyur. Onların orta yaşama müddəti 20 gündür.

Müdafiə vasitələri

Ağcaqanadlardan qorunmaq üçün sintetik və təbii vasitələrdən istifadə etmək olar. Hələ qədim dövrlərdə insanlar kəskin qoxuların köməyi ilə ağcaqanadlarla mübarizə aparıblar. Ağcaqanadı qovmaq üçün aşağıdakı vasitələrdən istifadə etmək olar:

- Vanilin, mixək, razyana, evkalipt, valerian və ardıcın efir yağları ilə. Parça və ya tənzifi bu bitkilərin yağlarına hopdurmaqla onları pəncərənin altına yerləşdirmək lazımdır. Evdən çölə çıxanda da həmin efir yağını bədənin açıq hissələrinə sürtmək olar.

- Piretrum - bu fars və ya Qafqaz çobanyastığı bitkisidir. Quru çiçəkləri, saplaqları və bitkinin yarpaqlarını toz kimi xırdalamaq və onları yenidən emal etməklə ağcaqanadlara qarşı istifadə etmək olar.

- Pomidor kolları. Pomidor kolları adətən dipçəklərdə pəncərələrin qarşısına qoyulur və ya evdə saxlanılır.

- Sidr yağı. Sidr yağının qoxusu təkcə ağcaqanadları deyil, eyni zamanda milçəklər və tarakanlara qarşı effektivdir.

- Buğda bitkisinin həlimi. Bir ovuc buğda bitkisinin döyülmüş köklərini yarım litr suya əlavə edib açıq-sarı rəngli həlim alınanadək 3 dəfə qaynatmaq lazımdır. Bu həlimlə çölə çıxmamışdan qabaq üz və əllər yuyulur.

Ağcaqanadlardan qorunmağın sintetik vasitələri çox sadədir. Dəri üçün kremlər 2-3 saat müdafiə təsiri bağışlayır. Geyimlərə vurulan aerozollar, qoruyucu torlar, çadırlar bir ay ərzində ağcaqanadlara qarşı qoruyucu təsir göstərir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.