"Whatsapp" daha iki yeniliyə imza atır — Mobil operatorların dövrü bitir

22 Temmuz 2016
2 543
0
"Whatsapp" daha iki yeniliyə imza atır — Mobil operatorların dövrü bitir
"Whatsapp" mesajlaşma xidməti yeniliklərə imza atmağa davam edir.

"Whatapp" tətbiqetməsinin "Android" ƏS üçün təqdim etdiyi beta versiyası yenilənib. Feat.Az xəbər verir ki, tezliklə tətbiqetməyə iki yeni xüsusiyyət də əlavə olunacaq.

Eyni zamanda "Facebook" şirkətin 2014-cü ilin fevral ayında fantistik məbləğə, yəni 19 milyard dollar ödəyərək aldığı "Whatsapp"da istifadəçilərin təhlükəsizliyini artırmağa yönəlmiş işləri davam etdirir.

Ötən il mesajlaşma xidməti ilə yanaşı səsli zəng xidmətini də istifadəyə verən "Whatsapp", daha sonra ofis proqramları fayllarının və ZIP faylların tətbiqetmə üzərindən göndəriləbilmə xüsusiyyətini istifadəçilərinə təqdim etdi.

Təhlükəsizlik məsələsində "ucdan-uca" şifrələmə üsuluna keçən "Whatsapp" yaxın günlərdə isə əlavə olaraq iki mərhələli kimlik təsdiqetmə sistemini platformada tətbiq edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.