Ərdoğandan xəbər yox, ABŞ Ankaranı bombalayır, Türkiyə parçalanır... - Fəlakət ssenarisinin VİDEOSU

01 Ağustos 2016
1 584
0
Ərdoğandan xəbər yox, ABŞ Ankaranı bombalayır, Türkiyə parçalanır... - Fəlakət ssenarisinin VİDEOSU
15 iyul gecəsi Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk xalqı tərəfindən alındı. Hərbi çevriliş cəhdi müvəffəqiyyətli olsaydı nələr baş verərdi?

Bu suallara cavab vermək üçün hazırlanan bir videoda deyilənlər dəhşətlidir.

16 iyul: Bütün media orqanları üzərində nəzarət qurulur, küçəyə çıxma qadağası və hərbi vəziyyət tətbiq edilir. Hər yerdə hərbçilər, küçələrdə addımbaşı tanklar görünür, mağazalar bağlı, yollarda avtomobillərdən əsər-əlamət yoxdur. Səssizliyi tez-tez silah səsləri pozur.

17 iyul: Prezident, baş nazir, nazirlər, müxalifət partiyalarının sədrləri, baş qərargah rəisi və ordu komandanlarından xəbər yoxdur. Sağ olub-olmadıqları bilinmir.

18 iyul: Dollar türk lirəsi qarşısında 100 faiz dəyər qazanır. Beynəlxalq təşkilatlar Türkiyənin kredit reytinqini aşağı salır, böyük layihələr, ixrac, idxal, turizm, bir sözlər iqtisadiyyat dayanır.

19 iyul: Hərbi çevrilişə qarşı çıxan ordu içindəki qruplar hərəkətə keçir. İnsanlar dəstək olaraq küçələrə çıxır. Şiddətli atışmalar yaşanır, döyüş təyyarələri, vertolyotlar və tanklar qətliam törədir, cəsədlər hər yerdədir.

20 iyul: Türkiyənin hər yerində Suriya mənzərəsi var: yıxılan binalar, yanan avtomobillər, silah və bomba səsləri. Qarşıdurmalardan istifadə edən PKK cənubi-şərqi Anadoluda muxtariyyət elan edir.

21 iyul: Sərhəd təhlükəsizliyi tamamilə yox olub. Minlərlə İŞİD terrorçusu Türkiyəyə girir və küçələrdə artıq İŞİD qətliamı da var.

22 iyul: ABŞ Türkiyədə İŞİD-i bombalamağa qərar verir. İncirlik bazasından qalxan F-16-ları İstanbul və Ankara başqa olmaqla bir çox nöqtəni vurur.

23 iyul: Vətəndaş müharibəsi genişlənir. Təyyarələrdən atılan bombalardan biri İstanbul Boğaziçi Körpüsünə düşür və körpü yıxılmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. Boğazlarda təhlükəsizlik yoxdur. Rusiya bu bəhanə ilə boğazlarda təhlükəsizliyi təmin etmək barədə qərar qəbul edir.

Feat.Az həmin videonu təqdim edir.


publika.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.