Sabaha Olan Hava Proqnozu

22 Eylül 2016
1 319
0
Sabaha Olan Hava Proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:



Bakıda və Abşeron yarımadasında


Sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında


Sentyabrın 23-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.