Azərbaycan - Almaniya oyununun keçiriləcəyi stadion məlum oldu

09 Kasım 2016
1 499
0
Azərbaycan - Almaniya oyununun keçiriləcəyi stadion məlum oldu
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilə bilər.

FEAT.AZ-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.

O, martda keçiriləcək qarşılaşmanın Bakı Olimpiya stadionunda keçirilməməsinin səbəbi barədə də danışıb. A.Rəhimov deyib ki, həmin stadionda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri aparılacaq:

"Bu səbəbdən təklif etdik ki, Almaniya ilə oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilsin. Çünki həmin stadionda yaxşı vəziyyətdədir. Problem ondadır ki, ev oyunları üçün UEFA-dan Bakı Olimpiya stadionu qeydiyyatdan keçib. Sadəcə, bu qeydiyyatı dəyişmək lazımdır. Biz buna hazırıq". /qol.az/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.