Bakıda avtobusu sərxoş halda idarə edənlər var

16 Ağustos 2014
2 116
0
Bakıda avtobusu sərxoş halda idarə edənlər var
Bakıda avtobusu sərxoş halda idarə edənlər var

Dünən keçirilən reydlər zamanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 7 cərimə meydançasına 100-dən artıq sərnişin daşıyan nəqliyyat vasitəsi gətirilib.

ANS TV-nin məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi əməkdaşlarının birgə apardığı reydlər mərkəzi yollarda baş tutub. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, reydlərin aparılmasına zərurət son günlər sərnişin avtobuslarının iştirakı ilə törədilən qəzalar səbəbindən yaranıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, müvafiq qeydiyyat şəhadətnamələrinin olmaması, kateqoriya, sürücülük vəsiqəsi olmadığı üçün, eyni zamanda sərxoş vəziyyətdə avtobusun idarə olunması faktı aşkarlandığı üçün avtomobillər buraya gətirilib: “Bu gün keçirdiyimiz reyd zamanı çox sayda avtobus sürücüsünə tərtib edilmiş protokol üzrə təyin edilən cərimə məbləğinin 3 aydan çox vaxt keçməsinə baxmayaraq ödənilməməsidir”.

Sürücülük vəsiqəsi və xüsusi kateqoriyası olmayan, həmçinin sərxoş vəziyyətdə sükan arxasına oturan şəxslərin reydlər zamanı aşkarlanmasına və onların idarə etdiyi avtobusların cərimə meydançasına gətirilməsinə isə nəqliyyat nazirliyinin müfəttişi Kamran Dəmirov bu cür açılqama verdi:

"Burada müxtəlif cür olur, sürücü səhər gəlir, avtobusu gotürür və xəttə çıxır, onun əvəzedicisi var. Yəqin ki, o, qıraqdan gəlir, ona biz nəzarət edə bilmirik, səhər tezdən də bu gəlir, avtobusu götürür, bütün müayinələrindən keçir. Lakin istirahət vaxtı yorulur və avtobusu başqasına verir, onları da biz tam aşkar edə bilmirik”.

Qanun pozuntusuna yol verən sürücünün aşkarlanmasının da şahidi olduq. 14 saylı marşrutun sürücüsü kimi çalışan bu şəxsin yol verdiyi qanun pozuntusu nəqliyyat nazilriyinin müfəttişləri tərəfindən aşkar edildi.

Nəqliyyat nazirliyinin əməkdaşı Vüqar İbrahimli deyir ki, sürücünün sürücülük vəsiqəsi və kateqoriyası var: “Amma "putyovka"sı yoxdur, indi sürücü onu itirdiyini deyir. Hazırda bu şəxsin maşını qaraja göndərilir və müəyyən ediləcək ki, niyə "putyovka"sız avtobus xəttə buraxılıb.

Sərnişinlər avtobusdan çıxarıldıqdan sonra avtobus qaraja göndərildi.

Nəqliyyat Nazirliyi əməkdaşlarından onu da öyrəndik ki, 100-ə yaxın avtobusun cərimə meydançasına aparılması, sərnişindaşımada sıxlığın yaranmasına səbəb olmayacaq. Bunun üçün artıq ehtiyatda olan avtobuslar xəttə buraxılıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.