Kriştiano Ronaldo ömürlük müqavilə imzaladı

14 Kasım 2016
2 653
0
Kriştiano Ronaldo ömürlük müqavilə imzaladı
Portuqaliya millisinin və "Real”ın oyunçusu Kriştiano Ronaldo “Nike” firması ilə ömürlük müqavilə imzalayıb.

FEAT.AZ-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, müqavilənin şərtlərinə əsasən, futbolçu bu əməkdaşlıqdan illik 24 milyon avro qazanacaq. 31 yaşlı futbolçu "Nike" şirkəti ilə ömrünün sonunadək müqavilə imzalayan üçüncü idmançı olub. Bundan əvvəl basketbolçular Maykl Cordan və Lebron Ceyms Amerika idman şirkəti ilə ömürlük müqaviləyə qol çəkmişdilər.

Ronaldu bu şirkətlə 2003-cü ildən əməkdaşlıq edir. /qol.az/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.