Fənərbaxça Qalatasarayı məğlub etdi

20 Kasım 2016
1 593
0
Fənərbaxça Qalatasarayı məğlub etdi
Türkiyə Superliqasının 11-ci turununun mərkəzi oyununda “Fənərbaxça” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Feat.Az-ın məlumatına görə, Cüneyt Çakırın idarə etdiyi derbidə sevinən tərəf bu dəfə də “Fənər” olub - 2:0

Van Persi 45-ci dəqiqədə hesabı açıb. 78-ci dəqiqədə penaltidən fərqlənən holland futbolçu dublunu rəsmiləşdirib.

Bununla da 17 ildir Kadiköydə qələbə qazana bilməyən “Qalatasaray”ın uğursuz seriyası bir qədər də uzanıb.

Qazanılan qələbə sayəsində “Fənərbaxça” turnir cədvəlində də “Qalatasaray”ı geridə qoyub. Xallarının sayını 21-ə çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib. 20 xalda qalan “Aslanlar” isə beşinci pilləyə yuvarlanıb.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.