Bu MASKA göz altı qırışları yox edir

23 Kasım 2016
2 827
0
Bu MASKA göz altı qırışları yox edir
Gözlərin altı daha həssas dəriyə malik olduğu üçün vaxtından əvvəl qırışır.

FEAT.AZ atv.az-a istinadən bu cür qırışların qarşısını alan bir neçə maska təqdim edir:

Portağal maskası

1 yumurta sarısı
1 x.q zeytun yağı
2 x.q portağal suyu
1 ç.q bal

Hazırlanması:
Portağalın şirəsini sıxın. Yumurta sarısını balla ovun, sonra yaxşı qarışdırın. Daha sonra sıxdığınız portağal şirəsini və zeytun yağını əlavə edin. Gözlərinizin ətrafına çəkin.

10-15 dəqiqə maskanı saxlayın , sonra istifadə olunmamış (təzə )sabunla üzünüzü yuyun.

Yerkökü maskası

1 kök
2 x.q kartof nişastası
1 yumurta sarısı

Hazırlanması:
Kökü blendrdə xırdalayın və ya sürtkəcin xırda gözündən keçirin. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin.
Quru dəriyə sahib olanlar isə 1 ç.q zeytun yağıda əlavə edə bilərlər. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.