“WhatsApp” bu telefonlar üçün tarix olur,“WhatsApp”, istifadə, Nokia, Android, iPhone, dəstək, Windows, olunmayacaq, cihazlara, dəstəyini, Phone, BlackBerry, olmayacaq, tərəfindən, köhnə, doğru, qərar, çətin, cihazlarda, dayandıracaq

“WhatsApp” bu telefonlar üçün tarix olur

03 December 2016
1 137
0
“WhatsApp” bu telefonlar üçün tarix olur
Dünyanın ən böyük mesajlaşma tətbiqi “WhatsApp” bəzi köhnə telefon və sistemlərə dəstək olmayacaq.

Feat.Az[b][/b] xəbər verir ki, bu həftə 7 yaşını qeyd edən “WhatsApp” köhnə cihazlara dəstək verməyəcəyini açıqlayıb.

Yenilənən açıqlama ilə birlikdə “WhatsApp” iPhone 3G və bəzi Android telefonlarda istifadə edilə bilməyəcək.

Amma şirkət Blackberry və Nokia üçün fərqli bir yol seçəcək. “WhatsApp” 2017-ci ilin iyun ayından etibarən BlasckBerry10. Nokia S40 və Nokia Symbian S60 modellərinə dəstəyini kəsəcək.

Android 2.1 və 2.2 sistemlərini istifadə edən cihazlara da dəstəyini dayandıracaq “WhatsApp” Windows tərəfindən Windows Phone 7 sistemindən istifadə edən cihazlarda da istifadə olunmayacaq.

iPhone 3GS və iOS 6 üçün də dəstək verməyəcək “WhatsApp” açıqlamasında çətin, amma doğru bir qərar verdiklərini ifadə edib.

Ümumilikdə, il sonunda “WhatsApp” tərəfindən istifadə olunmayacaq platformalar bunlardır:

Android 2.1 ve Android 2.2;
Windows Phone 7
iPhone 3GS / iOS 6.

2017-ci ilin iyun ayına qədər BlackBerry 10 da daxil olmaqla, BlackBerry üçün “WhatsApp” olmayacaq. Noki S40 və Nokia Sybian S60 da “WhatsApp”ı dəstəkləməyən modellər olacaq.
İnterAz
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz