Aparıcı Zaur xanım müğənniləri təhqir etdi: "Elə bil meyit ağlayırsınız..." - FOTO
Feat.Az xəbər verir ki, müğənnilər Samira Allahverdi ilə Sevda Yahyayevanın qara geyimini bəyənbəyib:
"Qara gündəsiniz ki, qara geyinmisiniz? Gürcü milləti qara geyimləri xoşlayır. Elə bil ikisi də meyit ağlayanlardır. Heç belə görmək istəməzdim sizi. Qara geyim qara gün gətirər, al-bəzəkli geyim isə xoş gün. Ən sevdiyim rəng ağdır, qırmızı rəngi isə dəli sevər".
Müğənni Samira ilə təsadüfən belə alındığını söyləyib:
"Gələn dəfə qırmızı rəng geyinərik. Qara klassik rəng olduğu üçün həmişə dəbdədir. Əvvəlcədən zəng edib xəbər edərdin".