Feat.Az

Çörəyə insan saçı qatılır - ŞOK İDDİA - VİDEO

Xəbərlər / Dünya / Xəbər / Azərbaycan / Video / Video Çarxlar
07 Dekabr 2016
663
0
Çörəyə insan saçı qatılır - ŞOK İDDİA - VİDEO
Çörək yeməzdən əvvəl bir daha düşünəcəksiniz. Çünki çörəyə insan saçı qatılması iddiaları var. Hətta iddia Almaniyanın bir telekanalının Çində çəkdiyi sənədli filmlə sübuta yetirilib. Bəs görəsən Azərbaycanda çörəklərə saçdan hazırlanan l-sistin adlı maddə qatılırmı ?

Çörəyə insan saçı qatılır. Saçın bərbərxanadan çörəyədək uzanan "səyahəti" alman KİV-ləri tərəfindən sübut olunub. Belə ki, Çində bərbərxanalardan birində bərbər saçları kəsib bir yerə yığır və bir nəfər saç toplayan gəlib pulunu ödəyərək saçları alır. Beləliklə də macəra başlayır.

Onlarla, bəlkə də yüzlərlə bərbərxananı gəzən adamlar külli miqdarda saçı torbalara yığaraq mərkəzə aparırlar. İçindən əvvəlcə istifadə edilmiş qulaq çöpləri, siqaret qalıqları və digər zibillər seçilib götürülür. Daha sonra saçlar paketlənir və bağlamalar başqa bir sexə gönləndilir.

Həmin yerdə saç üzərində kimyəvi proseslər icra edilir Və saçlar əridilərək maye halına salınır. Son prosesdən sonra saç l-sistin adını alır. Burdan sonra isə qablaşdırılan l-sistin çörək və şirniyyat mağazalarına satılır. Xəmirin turşuluğunu və sululuğunu artırmaq və boyatlanmasını gecikdirmək üçün əlavə olunan ən təhlükəli maddə məhz l-sistindir. Beləcə həmin təhlükəli maddə yemək üçün süfrələrə gəlib çatır.

Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq və Azərbaycanda həmin təhlükənin olmadığı, yerli istehsalda həmin maddədən istifadə edilmədiyi bildirildi.

Feat.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz