Bakıda dəbli və münasib qiymətli geyim dükanları-Siyahı

Bakıda dəbli və münasib qiymətli geyim dükanları-Siyahı
Biz qadınlar daima gözəl,baxımlı görünmək istəyirik.Necə deyərlər,insanı geyiminə görə qarşılayırlar.Düzdür,şəhərimizdə böyük ticarət mərkəzləri,pərakəndə mağazalar çeşid bolluğu ilə seçilirlər.Amma mövcud iqtisadi vəziyyətdə əksəriyyət qiymətlərdən narazılıq edir.Bizi maraqlandıran əsas məsələ müasir dəbə uyğun,keyfiyyətli və cibimizə uyğun məhsullar əldə etməkdir.Araşdırıb sizin üçün bu cür dükanların siyahısını tərtib etdik.Demək olar ki, əksəriyyəti ilə instagram vaistəsilə tanış ola bilərsiniz. Feat.Az həmin geyim dükanlarının təqdim edir.

1.Butikaz-Gənclik metro stansiyasının yaxınlığında yerləşən bu dükan dəbə uyğun geyimləri və çeşid bolluğu ilə seçilir.Eyni geyimləri digər dükanlara nisbətən daha münasib qiymətə əldə edə bilərsiniz.

2.Affco Boutique-Bayılda yerləşən bu dükan isə alıcı çoxluğu və keyfiyyətli geyimləri ilə seçilir.Qiymətlər orta və nisbətən yüksək arası dəyişir.Dükan gənc və orta təbəqə üçün xidmət göstərir.

3.Bonita-Hər cəhətdən münasibliyi ilə seçilən daha bir dükan.Şəhərimizdə bir neçə yerdə fəaliyyət göstərir.Geniş alıcı kütləsi,uyğun qiymətləri və çeşid bolluğu ilə sevilən dükanlardandır.

4.WF Butik-28 may ticarət mərkəzində yerləşir və yerləşdiyi məkanda seçilən dükanlardandır.Şəhərdə bir neçə yerdə mağazaları mövcuddur.

Siyahıya Alisoy Butik,Tl butik,ButikLaBella,Bless və s. dükanları da əlavə etmək olar.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.