"Dolların məzənnəsi 2 manatı keçəcək..."

08 Aralık 2016
1 528
0
"Dolların məzənnəsi 2 manatı keçəcək..."
"Manat rəsmi olaraq ikinci devalvasiyadan sonra üzən məzənnəyə keçmişdir. Təbii ki, Azərbaycanın mövcud iqtisadi vəziyyətində real üzən məzənnəyə keçid mümkün deyil. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tənzimlənən üzən məzənnə rejimi fəaliyyət göstərir.

Tam üzən məzənnəyə keçid isə manatı dəfələrlə ucuzlaşdırar və nəticədə manat dəyərini kəskin itirər. Yaxın bir neçə ildə də manatın tam üzən məzənnəyə keçməsi real görünmür".

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.

"Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün hələ də ehtiyat sərf edir. Neft fondunun vəsaitlərini satışa çıxarır və bunun hesabına bazarı dollarla təmin edir, uçot dərəcəsini qaldırır və manatla olan pul kütləsini məhdudlaşdırmaqla dollara olan tələbatı azaldır, yəni inzibati yollarla kursu saxlaya bilir.

Manatın məzənnəsini müəyyən edərkən tədiyə balansına istinad edilir. Tədiyə balansında isə kəsir var və bu kəsir ötən ilin sonlarından başlayaraq müşahidə olunur. Ölkədən çıxan dollar ölkəyə gələn dollardan çoxdur.

Yaranan kəsrin bir hissəsi məzənnə hesabına, bir hisssəsi idxalın məhdudlaşdırılması və məhdud satış hesabına müəyyən qədər örtülür. Real məzənnəni isə demək çətindir, lakin dolların real dəyərinin indiki səviyyədən çox yüksək olduğu doğrudur", - deyə ekspert deyib.

FED-n uçot dərəcəsini qaldırması halında manatın məzənnəsində ola biləcək dəyişikliklər barəsində ekspert bildirib ki, "Federal Ehtiyatlar Sistemin uçot dərəcəsini qaldırması ABŞ-ın makroiqtisadi vəziyyətindən asılıdır. Bu qərar dünya bazarında dolları bahalaşdıra, eyni zamanda neftin və qızılın qiymətinə də təsir edə bilər. Bu konteksdə baş verənlər, təbii ki, öz təsirini manatda da göstərəcək.

Dolların bahalaşması avro, yen kimi valyutalara dərhal təsir göstərsə də, manat tənzimləndiyi üçün bu təsir pilləli formada ola bilər. Demək istəməzdim ki, FED uçot dərəcəsini qaldıran kimi Azərbaycanda devalvasiya olacaq. Lakin bu, istənilən halda manatın dəyərini aşağı salacaq.

Proqnozlarıma əsasən ilin sonuna dolların kursunun 1,80 manata çatacağını demişdim, hələ ki, o istiqamətdə gedir. Əgər neftin kəskin ucuzlaşması və FED-in uçot dərəcəsini qaldırması kimi hallar baş verməzsə, yeni ilə dolların məzənnəsinin 1,80 manata çatacağını istisna etmirəm.
Təbii ki, burada hökumətin davranışları da rol oynayacaqdır. Görünən odur ki, hökumət hələ manatı kəskin ucuzlaşdırmaqda maraqlı deyil".

O, həmçinin bildirib ki, dolların məzənnəsi hər bir halda 2 manatı keçəcək. Bunun dəqiq tarixini isə demək mümkün deyil. Dolların 2 manat olması zaman məsələsidir.
banco.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.