"Qarabağ" Avroliqa ilə vidalaşdı,qrupu, Qollar, hesabı, Kyeza, “Fiorentina”, Fiorentina, pillədə, Liqasının, Avropa, Reynaldo, mərhələyə, növbəti, Vesino, Qırmızı, yüksəlib, mərhələsi, vərəqə, “Qarabağ”, İtaliya, dekabr
Ana səhifə

"Qarabağ" Avroliqa ilə vidalaşdı

08 Dekabr 2016
278
0
"Qarabağ" Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Feat.Az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub.

Digər oyunda PAOK "Slovan"a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

8 dekabr

Avropa Liqasının qrup mərhələsi

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya) - 1:2
Qollar: Vesino, 60 (0:1), Reynaldo, 73 (1:1), Kyeza, 76 (1:2)
Qırmızı vərəqə: Kyeza, 84 ("Fiorentina")
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) - 2:0
Qollar: Qarri Rodriqes, 29, Pelkas, 67
qol.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz