BMW M3 unikal Çin tüninqində

17 Ağustos 2014
1 794
0
BMW M3 unikal Çin tüninqində
BMW M3 unikal Çin tüninqində

Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW M3 (E92) sportkarın Bin adlı çinli sahibi avtomobilinə geniş unikal bodi-kit quraşdırmaqla yanaşı, maşının texniki içliyini də bütünlüklə yenidən işləyib.

Ən əvvəl avtomobilə alt hissəsi geniş önlüklü Arkym qabaq bamperi, çox iri təkər tağları genişləndiriciləri, Liberty Walk arxa spoyleri, Seibon karbon kapotu və arxa bamperin aşağısında Varis diffuzorundan ibarət aerodinamik asma quraşdırılıb. Nitto Invo şinləri geyimdirilmiş göy rəngli 19 düymlük çoxmilli Rotiform IND Race diskəri, sarı rəngli qabaq faralar və narıncı Brembo GT əyləc tutqacları qara kuzovla kəskin təzad təşkil edir.

Qısa 16K Hyperco yayları ilə Broadway Static asqısı və Akrapovic xaricetmə sistemi avtomobilin idman xarakerini daha çox qabardır. Mühərrik həmçinin daha təkmil AFE işəsalma sistemi ilə də təchiz edilib.

Alkantara ilə üzlənmiş salonda Bin Porsche 911 GT3 (996) modelindən idman kürsüləri, sarı rəngli boru təhlükəsizlik karkası və sarı təhlükəsizlik kəmərləri quraşdırıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.