Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ ,gündüz, yerlərdə, olacağı, gözlənilir, küləyi, arabir, mülayim, duman, olacaq, temperaturu, şimal, Havanın, yağacağı, əsasən, rayonlarında, yağmursuz, dekabrın, şaxtadan, davam, şəra
Ana səhifə

Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

12 Dekabr 2016
575
0
Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Feat.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz