Smartfonlara gizlicə qulaq asmaq olacaq

17 Ağustos 2014
1 887
0
Smartfonlara gizlicə qulaq asmaq olacaq
Smartfonlara gizlicə qulaq asmaq olacaq

Stenford Universitetinin tədqiqatçıları İsralin hərbi texnologiyalar sahəsində hazırlamalarla məşğul olan “Rafael” şirkətinin nümayəndələri ilə birgə müəyyənləşdiriblər ki, qurğuların məkanda vəziyyətinin təyini üçün müasir smartfonların əksəriyyətinə quraşdırılmış giroskoplar vasitəsi ilə smartfonlara gizlicə qulaq asmaq mümkün olacaq.

Milli.Az ictnews-a istinadən bildirir ki, tədqiqat zamanı alimlər müəyyən ediblər ki, giroskop yalnız smartfonun məkanda vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət giroskopa smartfondan yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək dəqiqliklə “tanımağa” imkan verir.

Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan 10-dək rəqəmlər səsləndirilib. Nəticədə giroskop səsləndirilmiş sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.

Giroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya bilər, amma giroskopa yox.

Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.